Xəbər lenti

Polisi öpən qadın həbs edildi
Dünya 20:15 02.07.2013

Polisi öpən qadın həbs edildi

ABŞ-ın Florida ştatında polisi öpən qadın həbs edilib.

ANN.Az-ın  verdiyi xəbərə görə, Florida sakini polisin burnundan öpdüyü üçün həbs edilib. İnsident 29 iyun tarixində Florida ştatının Breydenton bölgəsində baş verib. 62 yaşlı Peggi Hillin öpdüyü polis əməkdaşı onun bu hərəkətini hüquq mühafizə orqanı əməkdaşına qarşı hücum kimi qiymətləndirib. 

Qadın polis şöbəsinə gətirilib. Bazar ertəsinə olan məlumata görə, o hələ də nəzarət altındadır. Qadının həbsdən azad edilməsi üçün 5 min dollar zaminə pul qoyulmalıdır. Peggi Hillin məsələsiylə bağlı məhkəmə prosesinin nə vaxt başlayacağı məlum deyil. 

Polislə söhbəti zamanı qadın bildirib ki, öpmək ideyası ona qəfildən gəlib. Hadisənin baş verməsindən əvvəl isə o, 3 parç pivə içibmiş. 

Hadisənin təfərrüatları belə olub: qonşularıyla mübahisə edən Peggi Hillin evinə polis çağırılıb, mübahisəyə səbəb onların evlərinin sərhəddini təyin edən tor şəbəkə olub. Polis və qonşusuyla söhbət zamanı Peggi qəfildən zabitə yaxınlaşıb, hesabatda deyildiyi kimi "polis əməkdaşının iradəsi xaricində" onu öpüb. Polis isə bu hərəkətindən sonra qadını dərhal həbs edib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->