"Dağlıq Qarabağ probleminin həlli hər halda Zatulinin işi deyil. 15 dənə də Zatulin olsa Azərbaycanın bu məsələdə mövqeyi, münaqişə ətrafında yaranmış reallıq dəyişməyəcək”.
Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycana xitabən "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun” fikrinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.
Onun fikrincə, bu sayaq bəyanatların arxasında populist ritorika dayanır: "Düzdür, Rusiyada bir çox nüfuzlu şəxslər var ki, Zatulinin həmin fikrilə həmrəydir. Amma əslində görürük ki, bu kimi bəyanatların arxasında populist ritorika dayanır. Hətta "Qarabağı unudun” kimi fikirləri səsləndirən insanlar gözəl bilir ki, Azərbaycan bunu etməyəcək. Rusiyada hətta daha nüfuzlu dairələr var ki, problemin məhz Zatulinin iddia etdiyi ssenari üzrə reallaşmasını istəmir. Bu dairələr problemin ümumiyyətlə yaxın zamanlarda çözülməsində maraqlı deyil. Çünki mövcud vəziyyətdən həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edirlər”.
Politoloq qeyd etdi ki, Zatulinin həmin sözləri Rusiyanın əsas nüfuzlu dairələrinin fikirlərini əks etdirmir və etdirə bilməz: "Bu kimi sərsəm açıqlamaları Zatulin öz elektoratının və Ermənistandan olan havadarlarının xoşuna gəlmək üçün səsləndirib.
Şərhlər