Xəbər lenti

Politoloqların Ceyhun Bayramovun Pompeo ilə görüşündən gözləntiləri
Siyasət 17:46 20.10.2020

Politoloqların Ceyhun Bayramovun Pompeo ilə görüşündən gözləntiləri

"Azərbaycanın mövqeyini çatdırmaq üçün imkandır”.


BunuQaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov hazırkı nazir Ceyhun Bayramovla Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo arasında oktyabrın 23-də keçiriləcək görüşdən danışarkən deyib. Sabiq nazir Azərbaycanın belə görüşlərdə iştirakını müsbət dəyərləndirib:

"Belə görüşlərə getmək vacibdir. İnanmıram ki, bu görüşdə erməni tərəfi nəsə yeni mövqe açıqlasın. Dövlət katibinə Azərbaycanın mövqeyini çatdırmaq çox vacibdir”.

 


PolitoloqHikmət Hacızadə isə bu görüşun keçirilməsinin müsbət tərəflərinin olduğunu dedi:


"Ceyhun Bayramov Mayk Pompeonu məlumatlandıracaq, Azərbaycanın mövqeyini ifadə edəcək. Amerika tərəfindən isə ənənəvi olaraq sülhə çağırışlar gözlənilir. Hərbi əməliyyatları dayandırmaq kimi təkliflər olacaq. Azərbaycan isə öz mövqeyinin üstündə duracaq. Torpaqlarımızdan çıxsınlar, sonra oturub danışaq. Yeni bir şey gözləmirəm”.

 

 


Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur.


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->