Foto 21:40 14.07.2020

Polkovnikin nəşi Bakıya gətirildi (FOTO)

Səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib.

Qaynarinfo xəbər verir ki, Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb. 

Qeyd edək ki, İlqar Mirzəyev sabah II Fəxri Xiyabanda dəfn olunacaq. (Qafqazinfo)