Polşa "Eurovision"a bu qadını göndərir - FOTO/VİDEO
Polşanın "Eurovision-2015"də builki təmsilçisi çoxlarını təəccübləndirib. Anspress-in məlumatına görə, 34 yaşlı Monika Kuşinskaya 2006-cı ildə ifaçısı olduğu musiqi qrupunun üvzləri ilə birlikdə avtomobil qəzasına düşüb.
O vaxtdan ayaqları iflic olub. Həmin gündən ifaçı aşağı ətraflarını hərəkət etdirə bilmir. Olanlardan sonra ümidsizliyə qapılmayan qadın musiqi fəaliyyətini davam etdirib. İfaçı müsabiqədə ölkəsini təsirli bir musiqi ilə təmsil edəcək.
Qeyd edək ki, Monika Kuşinskaya illərdir musiqi ilə məşğuldur və o, peşəkar ifaçıdır. Öz musiqi karyerasını "Fahrenheit" qrupunda başlayan Monika daha sonra "Varius Manx" qrupunun vokalisti olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər