Xəbər lenti

Polşa rəsmiləri Kaçinskinin 10-cu ildönümündə Rusiyaya gedəsi olmadı
Dünya 11:42 03.04.2020

Polşa rəsmiləri Kaçinskinin 10-cu ildönümündə Rusiyaya gedəsi olmadı

Polşa nümayəndə heyəti aprelin 10-da ölkənin eks-prezidenti Lex Kaçinskinin həlak olduğu qəzanın ildönümündə Smolenskə gəlməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa televiziyasında Polşa Baş naziri Aparatının rəhbəri Mixal Dvorçik bildirib.

Beləliklə, ziyarət tarixi koronavirus pandemiyası səbəbiylə təxirə salınıb. Bundan əvvəl Polşa nümayəndə heyəti Smolensk yaxınlığında hökumət təyyarəsinin qəzaya uğradığı, həmçinin Xatında polyak zabitlərinin edam edildiyi yerdə anım tədbirləri keçirməyi planlaşdırmışdı.

Smolenskə hakim Hüquq və Ədalət Partiyasının rəhbəri, mərhum liderin qardaşı Yaroslav Kaçinskinin gələcəyi gözlənilirdi. Bundan əlavə, Baş nazir Mateuş Moravecki də tədbirdə iştirak edəcəkdi.

Xatıladaq ki, Lex Kaçinskinin həlak olduğu təyyarə qəzası 10 aprel 2010-cu ildə baş verib. Onun Varşavadan Smolensk şəhərinə uçan Tu-154M təyyarəsi rəsmi məlumatlara görə, güclü duman səbəbindən ağaclarla toqquşmuşdu. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->