Polşanın Azərbaycandakı Konsulluğu xarici ölkələrdən Azərbaycana təhsil almağa gələn tələbələrə Polşada iş vizası verir?
Bizimxeber.az-a məlumat verən mənbə iddia edir ki, konsul bu yaxınlarda Azərbaycanda tələbə olan 2 Banqladeş vətəndaşına Polşada iş vizası verib.
Məlumatda qeyd olunur ki, vizaların alınmasında xarici vətəndaşlara konsuluqda çalışan Elnarə adlı xanım komək edir. Maraqlıdır, Azərbaycana təhsil almağa gələn Banqladeş vətəndaşları necə Polşada iş vizası ala bilib? Azərbaycan vətəndaşları kütləvi imtina aldığı halda, Banqladeşdən gələn tələbələr Poşada necə iş vizası alır?
Məlumata görə, əvvəlki konsul bu kimi hallara qarşı çox diqqətli olsa da, indiki konsul Rodoslaw Kulis bu işi asanlıqla həll edir. Elnarə xanım konsulun koməkçisi kimi çalışır, viza üçün müraciət edən vətəndaşların sənədlərini qəbul edir, araşdırır. Həmçinin vizadan imtina alan vətəndaşları da bu xanım qarşılayır. Çünki, heç kimi dinləmir, hər kəsə aqressiv cavab verir. və heç bir əsas gətirmir. Ən qəribəsi odur ki, onunla qanunların dilində danışan vətəndaşın sənədinə bilərəkdən imtina verir.
Şərhlər