Dünya 19:59 30.08.2017

Pomidor festivalından maraqlı görüntülər (FOTOLAR)

İspaniyanın Valensiya şəhəri ərazisində 72-ci Pomidor festivalı keçirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 22 min nəfər 6 kamazdan küçələrə tökülən 160 ton pomidoru bir-birilərinə ataraq əyləniblər. Rahat geyimlər geyinən və gözlərini qorumaq üçün eynəkdən istifadə edən iştirakçıların qarşısına müəyyən tələblər qoyulub: savaş bölgəsinə şüşə butulka ilə girməmək, üzərindəki t-shirt-ü çıxarıb atmamaq, qeyri-etik hərəkət etməmək və pomidoru əlində əzəndən sonra atmaq.

Savaş bitəndən sonra bütün şəhər, hətta bölgədəki çay belə qırmızı rəngə boyanıb. 740 nəfər təhlükəsizlik, səhiyyə işçisi isə hazır festival ərazisində hazır şəkildə gözləyib.

Qeyd edək ki, Pomidor festivalı 1945-ci ildən bəri hər avqust ayının son çərşənbə günü keçirilir. Xarici vətəndaşlar festivalda iştirak edənlərin böyük hissəsini təşkil edir. Bildirilir ki, son illərdə iştirakçıların sayına limit qoyulur, çünki çox insan yerli əhalini narahat edir, narazılığa səbəb olurdu.

Girişi ödənişli olan festival bölgə iqtisadiyyatına 300 min avro gəlir gətirir.

Gülşən

Qaynarinfo.Az