İdman 21:28 23.11.2020

Porye - Makqreqor döyüşünün vaxtı açıqlandı

UFC-də 2 çəki dərəcəsi üzrə sabiq çempion Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə yarışın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, döyüş yanvarın 23-də "UFC 257" turniri çərçivəsində baş tutacaq. Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Mokqreqor 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə irland döyüşçü ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.