Pozner onu “rus düşməni” adlandıran aktyora cavab verməkdən qaçdı (VİDEO)
Rusiya və Amerika jurnalisti, teleaparıcı Vladimir Pozner onu "Rusiyaya yad adam" və gördüyü işləri "vətənə xəyanət" adlandıran aktyor Dmitri Pevtsovun hücumlarına cavab verməyəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o bu haqda Gazeta.ru-ya açıqlamasında deyib.
"Mən bu mövzunu heç kimlə - nə sizinlə, nə də Pevtsovla müzakirə edəcəyəm. Sadəcə istəmirəm. Bu sizə kifayətdirmi?" - aparıcı bildirib.
Xatırladaq ki, bundan əvvəl Pevtsov Stalin obrazında çıxış edərək çəkdiyi videoda Pozneri aborta və LGBT-yə qarşı çıxanları cahil adlandırdığı üçün tənqid etmiş, onun rus ruhuna yad, Rusiyanın düşməni və ölkənin məhv olmasını istəyən biri olduğunu demişdi.
Qeyd edək ki, jurnalist Vladimir Pozner ölkəmizdə ermənipərəst mövqeyi ilə tanınır. O, bir müddət öncə ABŞ-da çıxışı zamanı Dağlıq Qarabağın Ermənistanın ərazisi olduğunu ifadə etmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər