Xəbər lenti

İşğaldan azad olunmuş ərazilərimizin bərpası: 2,2 mlrd. yetərlidirmi?
Ekonomiks 11:04 28.10.2021

İşğaldan azad olunmuş ərazilərimizin bərpası: 2,2 mlrd. yetərlidirmi?

"İşğaldan azad olunmuş ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən deyil, eyni zamanda digər daxili mənbələrdən də vəsaitlərin cəlb olunması həyata keçirilir və praktik olaraq daxili mənbələrdə bu istiqamətdə mobilzasiya aparılır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılmasına münasibətində deyib.
 
O bildirib ki, 2021-ci ildə bu istiqamətə 2.2 milyard manat ayrılmışdı:

"İlin başa çatmasına təxminən iki ay var və geridə qalan 10 ayın yekunları göstərir ki, əslində bu vəsait ilkin işlərin aparılması və infrastrukturun formalaşması üçün yetərli idi. Ona görə də 2023-cü ildə də bərpa və yenidənqurma prosesi üçün dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı digər daxili mənbələr də mobilzasiya olunacaq. Bu da imkan verəcək ki, daha çox vəsaiti mobilzasiya edərək işğaldan azad olunan ərazilərimizin bərpasına yönəltmək mümkin olsun. Ona görə də büdcədən ayrılan vəsait bu halda qənaətbəxş hesab oluna bilər”.

Deputat minalardan təmizləmə prosesinin də zaman almasını vurğulayıb:

"İnfrastruktur praktik olaraq nəqliyyat və kommunal xidmətin təminat infrastrukturu ümumi şəbəkə olaraq artıq formalaşmaqdadır. Sonrakı mərhələdə məskunlaşma prosesi olacaq. Bu da mərhələli şəkildə həyata keçiriləcək. Ona görə də büdcədən bu istiqamətdə vəsait mərhələli şəkildə ayrılacaq. Eyni zamanda həmin vəsaitlərin xərclənməsini xüsusən də digər makroiqtisadi göstəricilər istehlak bazarlarına, pul kütləsinə təsirləri də ayrıca qiymətləndirilir. Bu baxımdan vəsait qənaətbəxş oluna bilər. Amma təbii ki, digər mənbələrdən də vəsaitin cəlb edilməsi ilə bağlı işlər davam etdirləcək”.

Qeyd edək ki, Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub. 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->