Xəbər lenti

“Premium Clinic”dən şikayət: “Bizə nə pulumuz, nə də ödəniş qəbzi verilir...” (VİDEO)
Video 14:10 07.05.2022

“Premium Clinic”dən şikayət: “Bizə nə pulumuz, nə də ödəniş qəbzi verilir...” (VİDEO)

 "Premium Clinic”in baş həkimi professor Nizami Vəliyev həyat yoldaşım, 1955-ci il təvəllüdlü Bilal Həsənağa oğlu Həsənovu əmliyyat etsə də, verdiyi vədi yerinə yetirməyib”.

Bu sözləri Qaynarinfo-ya xəstənin həyat yoldaşı Nigar Həsənova bildirib. Şikayətçi deyib ki, həyat yoldaşı Bilal Həsənov 5 il əvvəl bağırsağında şiş olduğu üçün əməliyyat edilib:

"Əmliyyatdan sonra bağırsağı qarın nahiyəsindən çölə çıxarılıb. Həyat yoldaşım bu əməliyyatdan sonra özünü yaxşı hiss etsə də, nəcis yolunun əvvəlki vəziyyətə qaytarılması üçün daim ölkənin ən yaxşı həkimlərini araşdırıb. Nəhayət professor Nizami Vəliyev ona bu problemi 2500 manatlıq cərrahiyyə əməliyyatı ilə həll edəcəyinə söz verdi. Biz də bankdan pul götürüb, həyat yoldaşımın əməliyyatı üçün verdik. O, özü avtobusa minib "Premium Clinic”ə getdi. Yəni sağlam vəziyyətdə idi. 28.04.2022-ci ildə analizlərin cavabı çıxmamış professor Nizami Vəliyev tərəfindən əməliyyat olunub. Həkim bir dəfə səhər xəstəyə baş çəkib, onu gördükdən sonra özü Türkiyəyə gedib. Üç gündən sonra həyat yoldaşımın səhhəti ağırlaşıb və Anar həkim tərəfindən əməliyyata edilib. Nizami Vəliyev isə bir dəfə də olsun həyat yoldaşımın səhhəti ilə maraqlanmadı. Üstəlik həyat yoldaşımın vəziyyəti pisləşdi və o, verdiyi vədi yerinə yetirmədi. İndi şükürlər olsun, xəstəxanada bağırsağı əvvəlki vəziyyətə qaytarılıb və sağdır. Amma indi biz Nizami Vəliyevə verdiyimiz pulu geri istəsək də, xəstəxana onlara pul ödənilmədiyini deyir. Bizə nə pulumuz, nə də ödəniş qəbzi verilir. Üstəlik də deyilir ki, pulu bizə yox, Nizami Vəliyevə vermisiz”.

Məsələ ilə bağlı "Premium Clinic”in baş həkimi, ümumi cərrah Nizami Vəliyevlə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.



Baş verən hadisəyə "Premium Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, cərrah-travmatoloq Mübariz Nağıyev münasibət bildirdi. O, xəstənin özünün və həyat yoldaşının dediklərinə aydınlıq gətirdi:

"Professor Nizami Vəliyev Azərbaycanın ən yaxşı həkimlərindəndir. 30-dan çox kitabı var və onun səhv etmək ehtimalı sıfıra bərabərdir. Bilal Həsənovla əvvəlcədən danışılıb və bildirilib ki, bu əməliyyata 50 faiz zəmanət verilir. Yəni, bu əməliyyat baş tutmaya da bilərdi. O da razılaşdıqdan sonra 6 saatlıq əməliyyat olub. Xəstənin əməliyyatından sonra professor Nizami Vəliyevin özünün də səhhəti ağırlaşıb və Türkiyəyə müalicəyə aparılıb.



Xəstə əməliyyatdan üç gün sonra nəzarətdə saxlanıldı, gözlədik ki, inkişaf necə gedir. Anastomosis tutmadığı üçün ya Anar, ya Həsən və ya Bilal həkim bu əməliyyatı yenidən edib yerinə yetirməli idi ki, nəcis qarına axmasın. Bu, yeganə tədbir yolu idi və bunu da etdik. Xəstənin verdiyi puldan əlavə də klinika öz vəsaiti hesabına ikinci əməliyyat üçün pul xərcləyib. Şükürlər olsun ki, xəstə sağıdır”.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->