Xəbər lenti

Dəbli jiletlər: Yayda zərif görünmək üçün nə geyinmək lazımdır?
Dünya 23:45 06.06.2025

Dəbli jiletlər: Yayda zərif görünmək üçün nə geyinmək lazımdır?

2025-ci ildə moda dünyasında 90-cı illərin trendləri yenidən ön plana çıxıb - "mom" cinslər, iri və kobud ayaqqabılar, həcmli siluetlər və müxtəlif üslubların qarışığı. Bu "yaxşı unudulmuş köhnə" detallar yeni nəfəs qazanır. Xüsusilə bəzi geyim elementləri çox populyarlaşır – məsələn, müxtəlif rəng və fasonlu jiletlər. Jiletləri yay mövsümündə necə geyinmək olar ki, həm dəbli, həm də təsirli görkəm əldə edəsiniz – bu barədə aşağıda oxuya bilərsiniz.

2025-ci ilin yaz-yay mövsümündə hansı jiletlər dəbdədir?

Qaynarinfo xəbər verir ki, bu mövsümün dəbli jiletləri əsasən trikotaj parçalardan hazırlanmış modellərdir. Sərin havada sizi narahat etməyəcək bu modellər həm də çox yönlüdür. Dar yaxalı, qısa və dama-dama naxışlı jiletləri şalvar və "krop-top" ilə kombinləmək olar. Əgər daha uzun model istəyirsinizsə, "oversize" pencək kəsimli jiletlər sizə uyğundur. Belə jiletləri köynək, pambıq və ya kətan şalvar, baletka və ya "lofer" ayaqqabılarla uyğunlaşdırmaq məsləhətdir.

Bu mövsümdə həm ultraqısa, həm də uzadılmış fasonlar dəbdədir. Rəng seçimində isə məhdudiyyət yoxdur – pastel tonlardan tutmuş parlaq və "çılğın" rənglərə qədər hər şey aktualdır. Əgər eksperimentlərdən qorxmursunuzsa, dizaynerlər sizə korset-jiletlər və ya atlasdan hazırlanan incə modelləri də sınamağı tövsiyə edirlər. Belə jiletlər dar ətəklər, dar cinslər, hündür dabanlı sandal və iri aksesuarlarla birləşdirilərsə, cəsarətli və cəlbedici bir görünüş əldə edilə bilər.

Qısa trikotaj jiletləri necə geyinmək olar?

Kostyum parçasından (poliester və viskoza) tikilmiş klassik, qısa jiletlər sadə görünə bilər, amma onları zərgərlik aksesuarları ilə (qızılı və ya gümüşü) tamamlamaqla çox şıq bir görünüş yaradıla bilər. Qısa zolaqlı pencək-kəsimli jiletlər ofis üslubuna uyğundur, lakin bu hələ hər şey deyil.

Pastel tonlarda qısa jiletlər bədənə oturan "krop-top" kimi görünə bilər. Onları nazik pambıq və ya trikotaj donların üzərinə geyinmək də olar - bu, silueti vizual olaraq daraldar, bel xəttini vurğular və bədən quruluşunu balanslaşdırar. Xüsusilə qısa jiletlər uzun pencəklərlə birlikdə çox effektli görünür. Əgər bu kombinasiyanı "karandaş" ətək, dabanlı ayaqqabı və iri aksesuarlarla tamamlasaq, zərif və bahalı görkəm əldə etmək mümkündür.

Uzun jiletlər nə ilə uyğunlaşdırılmalıdır?

Modaya uyğun bir görünüş əldə etmək üçün jilet və şort, ya da jilet və ətəkdən ibarət hazır kostyum almaq yaxşı seçimdir. Hər iki parça eyni parça və rəngdə olmalıdır. Belə halda əlavə kombin axtarışına ehtiyac qalmır – sadəcə aksesuarlar və uyğun ayaqqabı ilə tamamlayın. Bu cür kombinə köynək və ya qısa "krop-top" da uyğun gəlir.

Əgər qarderobunuzda klassik, uzun bir jilet varsa, onu mini ətək və top, ya da qısa "futlyar" donla kombinləyin. Görünüşə bir az da cəsarət qatmaq üçün isə iri, hündürboğaz çəkmələr və ya kobud ayaqqabılar geyinmək olar.

Bud nahiyəsinə qədər olan jiletlər mini ətəklər və qısa şortlarla, eləcə də maksi ətəklər və cinslərlə gözəl uyğunlaşır. Əgər romantik bir görünüş istəyirsinizsə, açıq rənglərə və incə parçaya üstünlük verin. Ciddi və klassik görünüş üçünsə tünd çalarlar və sıx teksturalı parçalar daha uyğundur.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->