1992-ci ildə Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra məcburi köçkün düşən rayonun Allıkənd kənd sakini Bilal kişi vəfat edib.
Məcburi köçkün kimi Salyan rayonunun Sarvan kəndində məskunlaşmış şəxs xəstəlik səbəbindən bir neçə gün əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Bilal kişi 30 ildən sonra doğma yurdunun işğaldan azad olunmasından sonra yaxınları tərəfindən Allıkənd kəndinə aparılmış və həmin vaxt təsirli görüntülər lentə alınmışdı.//Qafqazinfo
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər