Xəbər lenti

Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər (VİDEO)
Video 22:22 06.06.2025

Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər (VİDEO)

Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə  "İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə zamanı bildirib. Nazir müavininin sözlərinə görə yeni qanunun qəbulu  çoxmərətəbli binalarda daha təhlükəsiz mühitin yaranmasına səbəb olacaq.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyir ki, son illər qaz sızmaları nəticəsində baş verən partlayışların sayı artıb. Bu cür hadisələr zamanı insan təlafatının qaçılmaz olması da müəyyən addımların atılmasını zəruri edir.

İnşaat məsələləri üzrə mütəxəssis Muxtar Ərturan isə sözügedən məsələnin kütləvi şəkildə tətbiqini hazırda müMkün hesab etmir. Onun sözlərinə görə yeni binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz edilsə belə, mavi qazın verilməməsi elektrik enerjisində yüklənmələrə, həmçinin kommunal ödənişlərdə ciddi artımlara səbəb olacaq.

Mütəxəssisin sözlərinə görə, problemdən çıxış yolu qaz təchizatının dayandırılması deyil, mavi yanacağa aid normativlərin düzgün tətbiqidir.

Mütəxəsisin fikrincə,  gələcəkdə çoxmənzilli binalara mavi qaz buraxılmasa doldurulma qaz balonlarının da istifadəsinə yol aça bilər.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->