Xəbər lenti

Premyer Liqa klubu ürəyi dayanan futbolçu ilə müqavilə bağlamağa yaxındır
İdman 14:00 24.01.2022

Premyer Liqa klubu ürəyi dayanan futbolçu ilə müqavilə bağlamağa yaxındır

"Brentford", Kristian Eriksen üçün daha bir il opsiya ilə altı aylıq müqaviləni rəsmiləşdirməyə yaxındır.

Qaynarinfo xəbər verir ki, bu 29 yaşlı tibbi müayinədən uğurla keçməsindən asılıdır. "İnter"in sabiq hücumçusu 2021-ci ilin iyununda Danimarka millisində Avropa çempionatında oynayarkən ürək tutmasından sonra meydana çıxmamışdı.

Serie A qaydaları oyunçuların implantasiya edilə bilən cihazla sahəyə çıxmasına icazə vermədiyi üçün "İnter" onunla yolları ayırmaq məcburiyyətində qalmışdı. İndi Eriksen ürəyinə quraşdırılmış cihazla Premyer Liqada oynamaq üçün qeydiyyatdan keçməzdən əvvəl kardioloq tərəfindən razılıq alınmalıdır. FA və Premyer Liqa da detallar təsdiqlənməlidir.

"Brentford" şənbə günü evdə "Vulverhempton"a 2:1 hesablı məğlubiyyətdən sonra Premyer Liqada 14-cü yerdədir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->