Xəbər lenti

Prezident 47,9 milyon manat ayırdı: Bakı üçün 300 avtobus alınacaq
Ekonomiks 18:06 08.08.2018

Prezident 47,9 milyon manat ayırdı: Bakı üçün 300 avtobus alınacaq

Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->