Xəbər lenti

Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi (SİYAHI/YENİLƏNİB)
Ölkə 16:44 15.02.2019

Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi (SİYAHI/YENİLƏNİB)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, "Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, "Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli və "Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, sənədlə "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru.”.

"Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 iyun tarixli 2307 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 618) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

"Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 2828 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 383; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsi ilə təşkil edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.”.

"Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1871; 2018, № 3, maddə 475) 1-ci hissəsi ilə yaradılmış işçi qrupun tərkibi aşağıdakı redaksiyada verilib:

"İşçi qrupunun rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

İşçi qrupunun üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.”.

"Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1873) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.”.
 
****
 
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq olunması haqqında srəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib. 

Komissiyanın sədri

Azərbaycanın iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Avropa İttifaqı‒Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbəri

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.
 
****
 
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli sərəncamı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, sərəncamla İşçi Qrupunun tərkibi aşağıdakı redaksiyada verilib:

"Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->