Ölkə 10:09 26.08.2019

Prezident Allahşükür Paşazadəni təltif etdi

Prezident İlham Əliyev Allahşükür Paşazadənin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev” ordeni ilə təltif edilib.