Ölkə 18:53 24.06.2021

Prezident Anar Məmmədova general-mayor rütbəsi verdi

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Anar Məhəmməd oğlu Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qaynarinfo məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.