Prezident İlham Əliyev Etibar Sinabəddin oğlu Pirverdiyevi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayevi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin olunub.
Qeyd edək ki, B. Rzayev bu günə qədər "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Prezidentin digər sərəncamı ilə o "Azərişıq” sədri vəzifəsindən azad edilib.
Şərhlər