Ölkə 19:24 23.06.2021

Prezident Fazil Ağalarova general-leytenant rütbəsi verdi

Prezident İlham Əliyev Fazil Ağalarova "general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla general-mayor Fazil Köçəri oğlu Ağalarova "general-leytenant” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, F.Ağalarov Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisidir.