Xəbər lenti

Prezident Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul etdi
Siyasət 14:23 26.01.2021

Prezident Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

Qaynarinfo xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->