Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyevi "Şöhrət” ordeni ilə təltif edib.
Qeyd edək ki, Çingiz Fərzəliyevin dünən 75 yaşı tamam olub. O, 1943-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1973-cü ildə V.İ.Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1996-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2006-ci ildə "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinin direktorudur. Həmçinin 2010-ci ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.
Şərhlər