Prezident Lənkərana 2,3 milyon manat ayırdı

Prezident Lənkərana 2,3 milyon manat ayırdı

Preizdent İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo-nun xəbərinə görə, sərəncamla Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.

XƏBƏRLƏR
BLOGLAR