Ölkə 18:03 16.10.2019

Prezident Mayıl Əhmədovu təltif etdi

Prezident İlham Əliyev Mayıl Əhmədovun 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mayıl Əhmədov Prezident Kitabxanasının direktorudur.