Xəbər lenti

Prezident nazir müavininə yüksək rütbə verdi (SƏRƏNCAM)
Ölkə 13:58 07.01.2019

Prezident nazir müavininə yüksək rütbə verdi (SƏRƏNCAM)

Vergilər nazirinin müavini Mətin Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->