Siyasət 16:30 13.01.2022

Prezident sabah Ukraynaya gedir

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.

Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.