Ölkə 13:44 28.05.2020

Prezident və xanımı “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.