Xəbər lenti

Prezident yeni təyyarəsi ilə ilk dəfə Bakıya uçdu, razı qaldı
Texnologiya 08:52 01.06.2019

Prezident yeni təyyarəsi ilə ilk dəfə Bakıya uçdu, razı qaldı

Rəsmi səfərlə Azərbaycana gəlmiş Polşa prezidenti Andjey Duda yenicə istifadəyə verilmiş "Boeing 737-800” təyyarəsindən razı qalıb. 

Virtualaz.org "gazeta.pl” nəşrinə istinadən xəbər verir ki, həmin təyyarə dövlət başçısından əlavə, ölkənin baş nazirinə və seymlə senatın (parlamentin aşağı və yuxarı palatalarının) sədrlərinə xidmət edəcək.

Təyyarə XX əsrin əvvəllərində yenidən qurulmuş polyak dövlətinin ilk rəhbəri Yuzef Pilsudskinin adını daşıyır. O, VİP versiyasında hazırlanıb və Atlantik okeanının üzərindən uçuşlar üçün nəzərdə tutulmuş əlavə yanacaq çənləri ilə təchiz olunub.

2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin "Tu-154” təyyarəsi Rusiyanın Smolensk vilayətinin üzərində qəzaya uğradıqdan sonra Polşada elan edilmişdi ki, bundan sonra yüksək dövlət məmurları üçün xüsusi təyyarələr olmayacaq və dövlət səfərləri məqsədilə LOT aviaşirkətinin təyyarələri sifariş ediləcək.

Qeyd olunur ki, bəzi dövlətlərin liderləri tərəfindən köhnə sovet təyyarələrinin istifadəsi Rusiya ilə yaxın münasibətlərə dəlalət etmir. Aviasiya mütəxəssislərinin fikrincə, dövlət başçıları üçün sovet təyyarələri daha təhlükəsizdir, belə ki, yerdən idarə olunması mümkün olan elektron sistemlərlə təchiz olunmayıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->