Xəbər lenti

Prezidentin köməkçisi:
Ölkə 12:28 28.09.2020

Prezidentin köməkçisi: "Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir"

"Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".

Hikmət Hacıyev bildirib ki, ölkəmizdə bir neçə müddət əvvəl hərbi toplanış həyata keçirilib: "Azərbaycan Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib. Həmişə olduğu kimi, Ermənistan qorxaqlığını göstərərək mülki əhaliyə və obyektlərə atəş açır. Bu, Ermənistanın xislətini açıq şəkildə ortaya qoyur. Bu gün səhərdən də Tərtər rayonunu atəşə tutublar".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->