İngiltərə mətbuatı Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lalə Kərimova haqda yazı hazırlayıb.
Axşam.az-ın məlumatına görə, məqalədə Lalənin öz ölkəsində məşhur olmasına baxmayaraq, dünyada daha çox Gülnarə Kərimovanın bacısı kimi tanındığı bildirilib.
Özbəkistanın “Yunesko”dakı daimi nümayəndəsi vəzifəsini icra edən Lalə həm də xeyriyyə işləriylə məşğuldur. O, ölkəsində “mədəniyyət və idman sahəsinin himayədarı” kimi də tanınır. Lalə “Sən tək deyilsən” adlı yetim və əlil uşaqlar üçün cəmiyyətin qurucusudur.
Bacısı Gülnarə Kərimova kimi Lalə də qərb mətbuatına yaxşı tanışdır. Ulduzlarla bir görünməyi xoşlayan Kərimova hətta bunun üçün milyonlarından belə keçməyə hazırdır. 4 il öncə o, məşhur aktrisa Monika Beluççiylə şam eləmək üçün 190 min avro ödəmişdi. Alen Delon, Emanuel Bear, Fransanın keçmiş birinci xanımı Benadett Şirak və başqalarıyla birgə görünmək üçün onun nə qədər pul xərclədiyi müəmmalıdır.
Daim baxımlı görünməyi sevən Lalə şoppinq üçün dünyanın müxtəlif ölkələrini seçir. O, qızı Məryam və oğlu Umarla birlikdə səyahət etməyi xoşlayır. Mükafatlandırma mərasimləri və digər mühüm əhəmiyyətli tədbirlərə gedərkən isə Lalənin libas seçimi bacısı Gülnarə Kərimovanın kolleksiyasından olur.
Qaynar.info
Şərhlər