Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı sərəncamla Azərbaycanın Rumıniyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səfir vəzifəsinə Hüseyn Nizami oğlu Nəcəfov təyinat alıb.
Qayanrinfo modern.az-a istinadən zərbaycanın Rumıniyada yeni fövqəladə və səlahiyyətli səfirinin tərcümeyi-halını təqdim edir:
Nəcəfov Hüseyn Nizami oğlu 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 91 saylı tam orta məktəbi qızıl medalla bitirib.
1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir.
1987-1989-cu illərdə hərbi xidmətdə olub.
1992-1994-cü illdərdə Rusiya Federasiyasının XİN-in Diplomatik Akademiyasında təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib, 1995-də tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1995-1998–ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində attaşe, Beynəlxalq Təşkilatlar İdarəsində çalışıb. 1998-1999-cu illərdə Belçika Krallığında üçüncü katib, Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyi, 1999-2001-ci ildə ikinci katib, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində çalışıb.
Eyni zamanda 2000-2001-ci ildə Niderland Krallığı Haaqa şəhərində Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatda Azərbaycan Respublikası Daimi Nümayəndəsinin müavini işləyib.
2001-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birinci katibi, eyni zamanda Birinci Qərb Ərazi İdarəsinin və III və IV Avropa şöbələrinin müdiri vəzifəsini icra edib.
2004-2005-ci illərdə Qərb Universitetin "Politologiya” kafedrasında müəllim işləyib. Həmçinin, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb.
2005-2008-ci illərdə Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri olub.
2008-2010-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi Katibliyin rəisi vəzifəsində çalışıb.
11.10.2010-cu ildə Prezident İlham Əliyev tərəfindən ona birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 10.09.2015-də Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində baş konsulu təyin olunub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi olub.
İki monoqrafiya, bir metodik vəsait və Azərbaycanda və xaricdə dərc olunmuş bir sıra məqalələrin müəllifidir.
"Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi (1919-2009)” - yubiley medalı ilə təltif edilib.
Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktorudur.
Evlidir, üç övladı var .
Şərhlər