Prezidentin Şuşadan verdiyi mesajlar... (ŞƏRH)

Prezidentin Şuşadan verdiyi mesajlar... (ŞƏRH)

Qaynarinfo təhlilçi-jurnalist Asif Nərimanlının Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlarla bağlı qeydini təqdim edir: 

1. Qarabağın status yoxdur, erməni tərəfinin statusla bağlı iddiaları iddiadan başqa bir şey deyil;

2. Qondarma rejim artıq yoxdur və Qarabağın bütün ərazisi Azərbaycan torpağıdır.

- "Onlar qondarma "Dağlıq Qarabağ respublikası”nın "parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər... "Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”.
 
- "Erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan "Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər”.

1. Azərbaycan qalib və diktə edən tərəfdir;

2. Kənar qüvvələr (həmsədr ölkələr) bu qələbənin qarşılığında Azərbaycandan nəsə istəyə bilməz.

- "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib”.

1. Ermənistanın hansısa cəhdlərinə qarşı "dəmir yumruq” yenidən qalxacaq;

2. Xüsusi təyinatlılar...

- "...Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o bizim dəmir yumruğumuzu bir daha görəcək... Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.

Prezident xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığmaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.

Və Cıdır düzündə son mesaj: 

"Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

Bu səfər və Şuşada verilən mesajlar Qarabağın Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla gələcəyini növbəti dəfə müəyyən etdi:
QarabağAzərbaycandır!
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR