Xəbər lenti

Professor: “Görək Azərbaycan bu maskalardan hansını hazırlayacaq”
Sağlamlıq 11:55 03.04.2020

Professor: “Görək Azərbaycan bu maskalardan hansını hazırlayacaq”

"Ən yaxşı maskalar, yəni 100% virusdan qoruyan maskaların qiyməti çox bahadır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla N95 respirator maskasından danışarkən deyib. 

O, qeyd edib ki, tibdə istifadə olunan bütün maskaların təhlükəsizlik indeksi var:

"Onların hər birinin daxilində müxtəlif maddələr və parçalardan istifadə olunur. Əlbəttə, bizim üçün təhlükəsiz maskaların tikilməsi daha məqsədəuyğun olardı. Hər halda görək Azərbaycan hansı maskanı hazırlayacaq. Hazırlanan maskaların keyfiyyət parametrlərindən də çox şey asılıdır".

Adil Qeybullanın sözlərinə görə, hazırda istifadə olunan cərrahi maskalar qoruyucu effektə malik deyillər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->