Millət vəkili Fazil Mustafa ilə professor Kamil Vəli Nərimanoğlunun arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb Kamil Vəli Nərimanoğlunun sosial şəbəkədə "Fetoçu dostlarından da yazmıram. Mənə yaraşmaz" ifadəsi olub. Deputat bu ifadəninin şəxsinə qarşı yazıldığını deyib.
"Fetoçu dostlarından da yazmıram. Mənə yaraşmaz”. Bu ifadələr Azərbaycandan qaçaraq Türkiyə universitetlərinin birində dərs deyən savadsız və rüşvətxor professor Kərbəlayi Kamil Vəli Nərimanoğlunun şəxsimə qarşı yazdığı bir rəydə yer alır. Demək ki, şəxsimlə yönəlik neçə müddətdir gündəmə gətirilməyə çalışılan bu iftiranın müəllifi tapıldı. Hə, Kərbəlayi professor, mən sənə "işverənlik" üçün hər cür imkan yaradıram. Bu iş məhz sənə yaraşar, hökmən yaz. Olmayan bir şey haqqında çox xahiş edirəm ictimaiyyətə bildiklərini açıqla. Açıqlamadığın təqdirdə, özünə "şərəfsiz" adını götürməli olacaqsan. Çox sadə bir şərtdir, ümid edirəm ki, bununla razılaşacaqsan. Çünki əminəm ki, Azərbaycanda mənim qədər müstəqil, heç bir dövlətə, heç bir təriqətə, heç bir qruplaşmaya bağlı olmayan bir siyasətçi çətin tapacaqsan”.
Fazil Mustafa bildirib ki, qaragüruhun da, farsgüruhun da, rusgüruhun da qarşısında kimsədən dəstək gözləmədən öz sözü və öz qələmiylə durmağı hər zaman bacarıb:
"Ancaq sənin işin asandır, çünki indi təklif etdiyim adı bizim tələbəlik illərimizdə Bakı Dövlət Universitetində hamıdan öncə götürməyi bacarmışdın. Tələbə qəbulu zamanı etdiyin çirkin əməllərə görə bu ada layiq görülmüşdün”.
Kamil Vəli Nərimanoğlu isə Fazil Mustafanın Fetoçularla uzun zamanlı iş birliyində olduğunu iddia edən statusla ona cav verib:
"Fazıl Mustafa adlı keçmis cəbhəçi sonralar öz mövqeyini 180 dərəcə dəyişib və deputat olub, indi də prezidentə, vitse-prezidentə yaltaqlıq edən, demaqoq, şər dagarcığı mənə müxtəlif damgalar vurmaga çalışır və bu şəkildə missiyasını yerinə yetirir. O, vaxtı ilə Elçibəyi hədəf seçmisdi, sonra keçmis əqidə dostlarını başda Əli Kərimli və Cəmil Həsənli olmaqla ana müxalifət liderlərini satmış, "partiya" quraraq kampaniyasına başlamışdı. Əslində, onun böhtanları özü kimi cılız və anlamsızdır. Mənim üç ölkədə 50 illik elmi-pedoqoji fəaliyyətimə, Kərbalayi, Hacı olmagımı və ya yazmagımı, professor olmagımı, guya Türkiyəyə qaçdığımı, güya o zamanlar rüşvət aldığımı, yaltag olduğumu... daha nələri-nələri söyləyən bu demaqoq aranı garışdırmaq, çirkab atmaqla öz satqınlığını gizlətmək istəyir. Hər şey ortadadır. Mən sovet dovründə üniversitetdə 30 il çalışmışam, daha sonra prezident tərəfindən verilən "Şərəf və ləyaqət nişanı"na görə Türkiyə vətəndaşı olmuşam. Son 20 ilə yaxındır ailəmlə burada yaşayıb, işləyirəm. Müxtəlif dillərdə 50-dən artıq kitabın müəllifiyəm. Minlərlə öyrəncinin müəllimiyəm. Elçibəy dövründə Baş nazirin müavini olmusam. Mən hər bir satqından ağla gələn hər şərəfsizliyi gözləyirəm. O insanlar üçün bu normaldır. Mənim Fazıl haqqında bildiyim çox iyrənc faktlar var. Onları söyləmək, davasını aparmaq mənə yaraşmaz. Amma onun öz əqidəsini və partiyasını satması, Fetoçularla uzun zamanlı iş birliyini deməmək olmaz. Cəbhə hakimiyyətindən sonra onun 4 il Ankarada işləməyə-işləməyə necə yaşamasına o özü cavab verməlidir. Özünün əngin "savadını" Fazıl hansı beynəlxalq tribunada, dərgilərdə, kitablarda subut edib?
Qoy özü söyləsin. Fazil Ramiz Mehdiyevin kadrı olaraq manevr edir, şər-böhtanla, "hər şeydən bir az" diletant savadla namuslu insanlara, mücadilə adamlarına, siyasi məhbuslara, keçmiş əqidə dostlarına dil uzadır, bu provakasiyalarla diqqət yayındırır, baş qatır. Yalnız siyasilər deyil, bütün namuslu, vicdanlı insanlar ona öz yerini göstərməlidir. Mənim səhvimi də mənə göstərin. Mən təhqirin, söyüşün deyil, faktın, ədalətin, isbatın tərəfdarıyam. Mən hər cür polemikaya hazıram...”
Bahar Rüstəmli
Şərhlər