Prokurorluq 100 iş üzrə ittiham aktını istintaqa qaytardı

Prokurorluq 100 iş üzrə ittiham aktını istintaqa qaytardı

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ictimailəşdirilən #gününrəqəmi 100-dür.
 
Bu barədə Qaynarinfo-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
XƏBƏRLƏR
BLOGLAR
X