Video 23:31 05.08.2020

Prokurorluq 14 iyul mitinqilə bağlı yeni məlumat yaydı (VİDEO)

Baş Prokurorluq iyulun 14-dən 15-ə keçən gecə Bakıda keçirilmiş mitinqlə bağlı yeni məlumat yayıb.

Qaynarinfo  xəbər verir ki, Baş Prokurorluq ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi ilə müşayiət olunan məlum aksiyada saxlanılan şəxslərə qarşı açılmış cinayət işi üzrə zəruri istintaq tədbirlərinin həyata keçirildiyini bəyan edib.

Həmçinin qeyd olunur ki, 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib.