Video 13:17 20.01.2022

Psixoloq Nazarbayevin videomüraciətini təhlil etdi – Qəribəliklər və hədsiz stres (VİDEO)

Qazaxıstanın bir çox sakininin həyatını dəyişdirən Yanvar hadisələrinin nəzarət altına alınmasına baxmayaraq, bölgədəki vəziyyət hələ də diqqət mərkəzindədir. Uzun sükutdan və bir sıra KİV-də eks-prezident Nursultan Nazarbayevin hələ faciəli hadisələr başlamamışdan əvvəl ailəsi ilə birlikdə ölkəni tərk etməsi ilə bağlı xəbərlərdən sonra o, nəhayət, videomüraciət edib. Qısa olsa da, Nazarbayev ictimaiyyəti narahat edən iki suala cavab verdi: "O, haqqı çatan istirahət üçün siyasi işlərdən təqaüdə çıxıb. Vətəni Qazaxıstanda iğtişaşlar zamanı o, ölkələri tərk etməyib”.

Bununla belə, internetdə eks-prezidentin xalqa müraciətinin səmimiliyinə şübhə ilə yanaşanlar da olub.

Qaynarinfo xəbər verir ki, MK psixoloq-profayler Yuliya Afanasyevadan bunu anlamağa kömək etməsini xahiş edib.

- Videonu çətin ki, informativ adlandırmaq olar. Dərhal diqqəti cəlb edən odur ki, Qazaxıstanın keçmiş rəhbərinin üz ifadələri kifayət qədər dolğun deyil və bütün videomüraciət boyu üz ifadəsi praktiki olaraq dəyişmir. Jestlər də kifayət qədər təmkinlidir. O, qapalı pozda oturur, bir-birinin üstünə qoyulmuş əlləri isə sözün əsil və məcazi mənasında özünü əldə tutduğunu göstərir. Mətn açıq-aydın şəkildə əvvəlcədən hazırlanıb. Ya o, həmin mətni real vaxtda oxuyur, ya da sadəcə yadda saxlayıb. Ona görə də hissləri belə cüzidir.

Əminliklə demək olar ki, Nazarbayev həddindən artıq stres altındadır, bu, prinsipcə, kifayət qədər məntiqlidir və vəziyyətə uyğundur. Onun çox narahat olduğu və baş verənlərin heç də onunçun əhəmiyyətsiz olmadığı açıq-aydın görünür. Ölkənin hakimiyyətdə olduğu illər ərzində əldə etdiyi nailiyyətləri sadalayarkən də eks-prezident kifayət qədər təmkinli deyil. Ancaq bu, başladığı işi başa çatdırmağa vaxtının olmadığı üçün təəssüflənməkdən tutmuş bu barədə aqressivliklə bitən müxtəlif yollarla şərh edilə bilər. Bəlkə də elə hesab edir ki, bütün səylərinin sadəcə qarşısı alınıb. Söhbət zamanı əllərin sığal hərəkətləri stresin həqiqətən o qədər güclü olduğunu açıq şəkildə göstərir ki, o, özünü mümkün olduğu qədər sakitləşdirməyə çalışır.

O, Yanvar hadisələrindən danışanda qıcıqlandığı çox hiss olunur. O narahatdır, kreslosunda dikəlir, bu barədə danışmaq onun üçün çətin və narahatdır. Göründüyü kimi, baş verənlərin hamısı ona açıq-aşkar gözləmədiyi əsl zərbə vurub.

- Bəs onun şübhə doğurmayan sözləri varmı?

- Tamamilə səmimi dediklərinə ən sonda səslənən minnətdarlıq sözlərini qeyd edərdim. Nazarbayev hətta bu sözləri deyərkən duruşunu da dəyişir. Ancaq eyni zamanda, onun kədəri də bu məqamda tamamilə açıq görünür. O, həqiqətən minnətdardır və keçmiş günləri özü üçün yaxşı hesab edir, buna görə də hər şeyin məhz belə sonuclandığı üçün kədərlənir.

- Səlahiyyətlərin ötürülməsi, ölkənin siyasi həyatında iştirak etməmək və təqaüdə çıxmağından danışarkən Nazarbayev səmimi idimi?

- Tam əminəm ki bəli. Deyərdim, o, bu barədə kifayət qədər əminliklə, hətta müəyyən dərəcədə rahatlamış kimi danışır. Məni bir az çaşdıran tək şey iğtişaşlar dövründə heç bir yerə getmədiyi ilə bağlı ifadəsi oldu.

- Sizcə, o həmin məqamda səmimi deyildi?

- Bunu 100% yalan kimi təsnif etmək olmaz, amma bu məqamda yenidən kreslosunda sanki dik atılır, bu da həmin mövzunun onun üçün rahat olmadığını təsdiqləyir. O, bu ifadədən sonra açıq-aydın gərginləşir. Bəli, bu onun "yerindən dik atıldığı” yeganə ifadə deyil, amma kontekstdən çıxarılmış kimi səslənir. Mən belə başa düşürəm ki, bu məsələ çoxlarını narahat edir və ona görə də ayrıca diqqət mərkəzində olub. Bunun yalan olduğunu söyləmək olmaz, bəlkə də ona sadəcə olaraq təzyiq edilib.
 
Alpər