Rusiya Prezidenti Vladimir Putin 2024-cü il də istefaya gedə bilər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın "Nezavisimaya Qazeta” qəzetinin baş redaktoru, 2018-ci ildə Moskvanın mer seçkisində Sergey Sobyaninin seçki qərargahına rəhbərlik etmiş rusiyalı jurnalist və siyasətçi Konstantin Remçukov Amerikan "The National Interest” nəşrinə verdiyi müsahibədə deyib.
Remçukov Putinin 2024-cü ildə yeni bir müddət üçün namizədliyini verməyəcəyini şərh edib:
"Mənim proqnozum 45% -ə qarşı 55% Putin 2024-cü ildə namizədliyini verməyəcək”.
Prezidentin niyə yeni müddətə namizəd olmayacağını şərh edən Remçukov Putinin "topal ördək" olmaq istəməyəcəyi ilə əlaqələndirib (ABŞ-da səlahiyyətlərini uzatmaq ümidi olmadan öz müddətini başa çatdırıb yenidən namizədliyini verənlərə belə deyilir. – Red).
Remçukov əlavə edib ki, indi prezident elə bir siyasət aparır ki, elita yeni bir lider axtarmaq fikrinə düşməsin. "Bu, Putinin əsas vəsvəsəsidir. Prezident intriqa istəmir. Çox güman ki, Putin 2024-cü ildə vəzifəsindən istefa verəcək və Konstitusiyanın ruhunu pozmayacaq".
Alpər
Şərhlər