Siyasət 16:21 26.11.2021

Putin Azərbaycan və Rusiya arasında olan tərəfdaşlıqdan danışdı

"Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir”.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.