Xəbər lenti

Putin Ərdoğanla tez-tez görüşməsinin səbəbini açıqladı
Dünya 13:45 02.12.2018

Putin Ərdoğanla tez-tez görüşməsinin səbəbini açıqladı

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə tez-tez görüşməsinin səbəbini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunmuş G-20 ölkələrinin sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, Suriya probleminin həlli üçün bütün imkanlardan istifadə edirlər.

"Konstitusiya Komitəsinin yaradılmasını nəzərdə tuturam. Məsələ çox həssas və böyük səbr tələb edir. Həqiqətən bunu həyata keçirməyə çalışırıq və çox diqqətli şəkildə irəliləyirik", - deyə Putin bildirib.

Suriya Konstitusiya Komitəsinin yaradılması məsələsi müzakirə edilərkən müxtəlif mövqelər və baxış aspektlərinin diqqətə alınmasının vacibliyini vurğulayan Putin bunları əlavə edib: "İranlı əməkdaşlarımızın da mövqelərini diqqətə almalıyıq. Əlbəttə Şamın mövqeyini öyrənmədən hərəkət edə bilmərik. Bu səbəbdən məsələ qəlizdi. Amma bu istiqamətdə görüşlər davam edir və əlbəttə ki, tez-tez müzakirə aparılmasına ehtiyac var".

İdlibdəki vəziyyətdən narahatlığını ifadə edən Rusiya prezidenti Türkiyənin bölgədə tam şəkildə uğurlu əməliyyatlar apara bilmədiyi söyləyib: "İdlibdəki vəziyyət bizi çox narahat edir. Türk ortaqlarımızın orada tamamilə uğur qazana bilmədiklərini görürük, amma çalışırlar. Onların silahsızlaşdırılmış bir bölgə yaradılmasına çalışdıqlarını da görürük. Xüsusi Təyinatlı Qüvvələrimizin və müdafiə nazirlərimizin ən qısa zamanda bu məsələni həll edəcəklərinə ümid edirik".

Putin Ukraynada hərbi vəziyyət elan edilməsi məsələsinə də toxunub və bildirib ki, Ukraynada daha böyük hadisələr olanda heç kəs hərbi vəziyyət elan etmədi, lakin seçkilər ərəfəsi belə bir addım atılır. Nə üçün? Çünki, vətəndaşların hüquq və azadlıqlarını əllərindən almaq və ölkədə siyasi fəaliyyəti sərhədləmək istəyirlər.

Putin həmçinin Ukraynanın 10 ayrı bölgəsində hərbi vəziyyət elan edilməklə ölkənin bölündüyü fikrini də irəli sürüb.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->