Siyasət 15:56 21.05.2020

Putin Çingiz Abdullayevə "Dostluq" ordeni verdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə "Dostluq" ordeni verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda AYB.az saytının yaydığı məlumatda deyilir.

Sərəncamda bildirilir ki, orden Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının  möhkəm dostluq əlaqələrinə və əməkdaşlığına xidmətə görə təqdim edilir.

Qeyd edək ki, "Dostluq” ordeni Rusiya Prezidenti tərəfindən nüfuzlu şəxslərə təqdim edilir. Ötən il bu mükafata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiq görülmüşdü.
 
Alpər