Siyasət 21:40 22.11.2020

Putin: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

"Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin Ermənistanın belə qondarma "Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb:

"Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.