Xəbər lenti

Putin Rusiya sərhədlərini bağlayır
Siyasət 11:36 20.04.2013

Putin Rusiya sərhədlərini bağlayır

Rusiya prezidenti Vladimir Putin Vahid İqtisadi Məkana daxil olmayan ölkələrlə bağlı sərhəd rejimini sərtləşdirmək qərarını açıqlayıb.

Bu yeni məhdudiyyəti 18 aprel tarixində Rusiya Federasiyası prezidenti Vladimir Putin və Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadonovski müzakirə ediblər.  Putin bu barədə Federal Miqrasiya Xidmətinin rəhbərinə müvafiq göstərişlərini verib.   2015-ci ilin 1 yanvarınan etibarən MDB ölkələrindən olan miqrantlar Rusiyaya ancaq xarici pasportla gedə bilcəklər. Bununla bərabər ölkəyə yeni giriş qaydası Gömrük Birliyinə aid olan ölkələrin vətəndaşlarına şamil olunmur.

Putin sərhəd miqrasiyası zamanı beynəlxalq təcrübəyə əsaslanmağın zəruri olduğunu bildirib. Prezident bəyan edib ki, Rusiya ilə həmsərhəd ölkələrdə yaşayan sərhədyanı rayonların sakinləri güzəştli şərtlərlə sərhəddi keçəcəklər. “Sərhədyanı rayonların sakinləri güzəştli qaydada  sərhədi keçə biləcəklər”-deyə Putin bildirib.

Putin eyni zamandada bir daha dəqiqləşdirib ki, bu məhdudiyyət Vahid Gömrük Birliyi və Vahid iqdisadi Məkana aid olan dövlətlərin vətəndaşlarına şamil olunmur. Prezident həmçinin Rusiya vətəndaşlığın almaq istəyənlərə, “Rusiyaya lazım olan insanlara” süni əngəllər törədilməməsini təklif edib.

FMX rəisi qeyd edib ki, hal hazırda MDB ölkələrindən olan miqrantların çoxu Rusiyaya milli pasportlarla gəlir. Bu da qeydiyyat məsələlərində problemlər yaradır. Bu faktlarla əlaqədar olaraq Romadonovski sözü gedən məsələnin reallaşdırılmasının sürətləndirilməsini bəyan edərək, məhdudiyyəti yarım ildən sonra qüvvəyə mindirilməsini təklif edib.

«Yarım il  partnyor ölkələrin öz vətəndaşları üçün lazımı sayda xarici pasposrt çap etmələri üçün az vaxtdır”-deyə Vladimir Putin Romadonovskinin fikri ilə razılaşmayıb. Yekun nəticədə isə məmur prezidentlə razılaşmalı olub. Qərarın qüvvəyə minəcəyi rəsmi traix 1 yanvar 2015-ci il olaraq qalıb.

Azərbaycanın şimal rayonları Rusiya ilə həmsərhəddir. Bu rayonlarda azsaylı xalqlar olan ləzgilər və digər etnik qruplar yaşayır. Rəsmi Moskvanın  sərhədboyu rayonların sakinləri üçün “güzəştli əsaslarla” qaydalar elan etməsi Kremlin uzağa gedən niyyətlərindən xəbər verir. // Modern.az


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->