Xəbər lenti

Putin Suriyaya müdaxiləyə "HƏ" dedi
Dünya 12:19 04.09.2013

Putin Suriyaya müdaxiləyə "HƏ" dedi

Rusiya prezidenti Vladimir Putin Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etdiyi sübüt olunacağı təqdirdə hərbi əməliyyatların əleyhinə olmayacaqlarını deyib. 

Qaynar.info xəbər verir ki, Birinci kanala açıqlama verən Putin kimyəvi silahın kimlər tərəfindən istifadəsinin sübutuna ehtiyac olduğunu, Moskvanın da buna uyğun olaraq öz addımını atacağını bildirib. 

"Suriyada kimyəvi silahlar Əsəd tərəfindən istigadə olunması sübut olunarsa, Moskva hərbi əməliyyat qərarının düzgün olduğunu qəbul edərmi?" sualına Putin belə cavab verib: "Ola bilər. Ancaq bunu xatırlatmaq istəyirəm ki, hər hansı hərbi müdaxiləyə ancaq BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilə bilər. Bundan başqa atılan hər bir addım təcavüz kimi dəyərləndirilə bilər". 

Rusiyanın silah satışını dayandırması və başqa sanksiyalarla bağlı suala cavab verən Putin, "Kimyəvi hücumun kimlər tərəfindən edildiyini ortaya çıxaran sənədlər olsa belə, nə edəcəyimizi siyasi olaraq söyləməyəcəyik. Prinsipial bir mövqeyimizin olacağını söyləyə bilərik. Vətəndaşlara qarşı kimyəvi silah istifadəsi cinayətdir. Lazım olanı edəcəyik" deyib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->