Dünya 17:54 25.01.2021

Putin vəzifədən getdikdən sonra nə etmək istədiyini açıqladı

Rusiya Prezidenti Vladimir Putin bizneslə məşğul olacağını istisna etmədiyini söyləyib. Qaynarinfo xəbər verir ki, o, bu haqda tələbələrlə söhbəti əsnasında deyib və "Abrau-Dürso”nun sahibi olan kiçik və orta biznes üzrə müşaviri və səlahiyyətli nümayəndəsi Boris Titovdan bəhs edib:

"Bəlkə vəzifədən getdikdən sonra onun məsləhətçisi kimi işə başlayacağam, - Putin deyib. - Lakin bir iş adamı kimi deyil, hüquq sahəsində mütəxəssis kimi məsləhətçi ola bilərəm. Biznes heç vaxt məni maraqlandırmayıb. "Pis" olduğu üçün deyil - əslində sahibkarlıq çox faydalıdır. Sadəcə, mənlik deyil. Məsələn, şərabçılığı nəcib bir fəaliyyət növü hesab edirəm”.

Xatırladaq ki, bundan bir qədər əvvəl Putin Gelendcik yaxınlığındakı sarayı haqqında yayılan xəbərlərə münasibət bildirərək deyib ki, həmin obyekt heç vaxt onun özünə və ya yaxınlarına məxsus olmayıb.
 
Alpər