NATO artıq Ukrayna və Gürcüstanı qəbul etməyə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Eyni zamanda o, yeni üzvlərin alyansa daxil olma şərtlərinin müəyyən edilmədiyini diqqətə çatdırıb.
"2008-ci ildə biz Ukrayna və Gürcüstanın üzv olacağına qərar verdik, - o, "La Repubblica”ya deyib: - Lakin bunun dəqiq nə vaxt olacağını açıqlamamışıq”.
Baş katib xatırladıb ki, Kiyev bundan əvvəl müvafiq xahişlə NATO-ya müraciət edib, çünki bu ölkə islahatlar, ordunun blokun standartlarına uyğun modernləşdirilməsi baxımından dəstəklənib. O, hazırda Ukraynanın müdafiə qabiliyyətinin 2014-cü ildəkindən yüksək olduğu qənaətindədir.
Bununla yanaşı, Stoltenberq xatırladıb ki, NATO-nun kollektiv müdafiə prinsipi yalnız üzv ölkələrə aiddir, məsələn, Ukrayna hələlik rəsmi şəkildə ora aid deyil.
Bu ərəfədə Gürcüstan hakimiyyəti Stoltenberqə "suverenliyə dəstək” üçün təşəkkür edib. Xüsusilə prezident Salome Zurabişvili NATO Baş katibinin Rusiya-NATO Şurasının iclasından sonra verdiyi müvafiq "vacib bəyanata” işarə edib. Daha sonra Stoltenberq bildirib ki, alyans şərqə doğru genişlənmə məsələsində güzəştə getmək niyyətində deyil.
Alpər
Şərhlər