"Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü məsələsi Soçi danışıqlarında mütləq yer alacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev sentyabrda Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşəcəkləri barədə "Reuters” agentliyinin yaydığı məlumata münasibət bildirərkən deyib:
"Görüşdə, Rusiya sülhməramlıların qeyri-qanuni davranışları da Putin-Ərdoğan təmaslarında müzakirə edilə bilər. Xəzər dənizi məsələsi hazırda Rusiya tərəfindən ciddi problemə çevrilir. Sözügedən danışıqlar masasına Xəzər məsələsi də salınacaq. Türkiyənin Xəzər dənizində Azərbaycanla apardığı birgə hərbi təlimlər bu mənada heç də təsadüfən gündəmə gəlməyib”.
Ekspertin fikrincə, bu görüş Azərbaycanla bağlı bir sıra məsələlərin həllinə gətirib çıxara bilər:
"Rusiya Qarabağdakı sülhməramlıları üçün status tələb edir. Buna getmək olmaz. Ona görə də Bakı hələlik bu məsələni konkretləşdirmir. Moskva apardığı təbliğatla belə bir ideyanı gündəmə gətirir ki, Laçın koridoru neytral zona olmalıdır. Bu isə o deməkdir ki, bir müddətdən sonra Azərbaycan Qarabağ üzərində nəzarətini itirə bilər. Ona görə buna da getməməliyik. Bu məsələlər araşdırılmalıdır.
Həmsöhbətimiz düşünür ki, Soçi görüşünün əsas müzakirə mövzusu məhz Cənubi Qafqaz olacaq:
"Bu dəqiqə Cənubi Qafqaz tək Rusiyanın deyil, dünyanın maraq dairəsindədir. Burada bir neçə dövlətin marağı kəsişir. Bilirsiniz ki, Rusiyanın anormal siyasətinə qarşı Azərbaycanla birlikdə Türkiyə alternativ siyasət həyata keçirir. Hansı ki, bu alternativlik Moskvanı qane etmir. Kreml Azərbaycanı öz orbitinə qaytarmağa çalışır. Amma artıq "qatar getmək üzrədir”. Azərbaycan yenidən Rusiya ilə siyasi nikah bağlaya bilməz. Belə vəziyyətdə Ərdoğanla Putinin görüşü gözlənilən idi”.
Rüfət Sultan
Şərhlər