ABŞ səlahiyyətliləri Aleksey Navalnı ilə əlaqədar vəziyyətə görə yeni sanksiyalar hazırlayır.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan deyib.
O, Vaşinqtonun artıq Navalnı ilə bağlı Rusiyaya qarşı tədbirlər tətbiq etdiyini xatırladıb. "Biz bu işlə bağlı tətbiq etmək üçün başqa bir sanksiya paketi hazırlayırıq", - Sallivan CNN-in efirində deyib.
Bundan əlavə, Sullivan ABŞ Prezidenti Co Baydenin bir sıra aspektlərdə yeni anti-Rusiya məhdudiyyətlərinin tətbiqi prosedurunu asanlaşdıran bir fərman imzaladığını söyləyib.
ABŞ səlahiyyətliləri Şimal Axını 2 layihəsində iştirak edən Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcəklərini də açıqlayıblar.
Sullivanın açıqlaması Rusiyada tənqidlə qarşılanıb. Xüsusilə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bunun "hər kəsin sammitdən sonra gözlədiyi siqnal olmadığını" vurğulayıb.
Alpər
Şərhlər